Professor Himalay Qasımov

Himalay QASIMOV,

ADPU-nun Azərbaycan və dünya

ədəbiyyatı tarixi kafedrasının müdiri,

filologiya elmləri doktoru, professor

GÖRKƏMLİ DİLÇİ, ƏSL PEDAQOQ

Professor Afad Qurbanovu ilk dəfə 1961-ci il iyul ayının sonlarında görmüşəm. APİ-nin tarix-filologiya fakültəsinə daxil olmaq üçün sənədlərimi imtahan komissiyasına təqdim etmişdim. Bizə dedilər ki, 414-cü auditoriyada ixtisas fənlərindən imtahanqabağı hazırlıq məşğələləri keçiriləcək, arzu edənlər iştirak edə bilər. İlk dəfə rastlaşdığım gənclərin toplaşdığı auditoriyada bir qələbəlik var idi. Otaqda qayğılı anlar çox da uzun sürmədi, qapı açıldı, içəri gənc, yaraşıqlı və gülümsər çöhrəli bir müəllim daxil oldu və bizimlə çox səmimi salamlaşdı. O, 2 saat ərzində «Müasir Azərbaycan dili» fənnindən bizə kifayət qədər bilgi verdi. Biz çox xoş təəssüratla məşğələni başa vurduq, ali məktəb müəlliminin elmi erudisiyasının iqtidarına inam və etiqadımızın təməli o zaman hələ namizədlik dissertasiyası müdafiə etməyə macal tapmayan Afad Qurbanovun şəxsində belə qoyuldu.

Professor A.Qurbanov APİ-nin tarix-filologiya, sonra isə uzun müddət tarix fakültəsinin dekanı olmuş dosent Həmzə Qasımzadə ilə çox yaxın dost olmuşlar. Onlar bir müddət tarix-filologiya fakültəsinə birlikdə rəhbərlik etmişlər. O vaxt Həmzə müəllim institutun rektoru professor Ş.Ağayevə məhz A.Qurbanovla birgə işləmək istədiyini bildirmişdi. Ş.Ağayev onun bu istəyini, sonradan isə filologiya fakültəsini tarixdən ayıraraq A.Qurbanovun rəhbərliyi ilə fəaliyyət göstərməsi arzusunu da yerinə yetirmişdi. Həmzə müəllim gənc və perspektivli A.Qurbanovun möhtəşəm tarixi və yaşarı ənənəsi olan filologiya fakültəsi üçün nə qədər faydalı olacağını bilərək o vaxt belə bir təşəbbüs göstərmişdi.

Professor A.Qurbanovla H.Qasımzadənin dostluğu 70-ci illərin sonlarına qədər – yəni o, dünyasını dəyişdiyi çağadək çox sıx şəkildə davam etmişdi. A.Qurbanovun filologiya fakültəsinin dekanı olduğu dövrdə – 1974-cü ildə müəllim keçmişəm. Səsvermədən sonra mən onun elmi rəhbərim, kafedra müdiri, son dərəcə xeyirxah insan akademik Feyzulla Qasımzadəni necə böyük sevinclə təbrik etməsindən xeyli qürur duydum. Yaxşı yadımdadır, 70-ci illərin əvvəllərində professor A.Qurbanov Azərbaycan ədəbiyyatı tarixi kafedrasına gələr, dərin ehtiram bəslədiyi professor Feyzulla Qasımzadə ilə mehriban söhbət edər və söhbət əsnasında elmi rəhbərimdən dissertasiya işimin nə yerdə olduğunu soruşardı.

Afad Qurbanovun şəxsiyyətində qayğı və tələbkarlıq vəhdət təşkil edirdi. APİ-nin rektoru və filologiya fakültəsinin dekanı olduğu çağlarda yüksək işgüzarlığı və təşkilatçılıq bacarığı çoxları tərəfindən bu gün də səmimi etiraf edilir. Zahirən rəsmi və ciddi insan təsiri bağışlasa da, əslində, çox diqqətli və söhbətcil idi. Kifayət qədər həssaslığı onun bütöv və kamil şəxsiyyət olmasından soraq verirdi. A.Qurbanov elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı gənc kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayırdı. O, elmi biliyini həmişə gənc alim və aspirantlarla bölüşür, əlindən gələn köməyi əsirgəmirdi. Böyük zəhmətkeşliyi, özünə və yetirmələrinə qarşı hədsiz tələbkarlığı da onu başqalarından fərqləndirirdi.

Afad Qurbanovun elmi araşdırmaları, heç şübhəsiz, dönə-dönə öyrəniləcək, şəxsiyyəti yad ediləcək, əməl və qayəsi minnətdarlıqla anılacaq və təqdir olunacaq. Afad müəllim bu gün cismən aramızda olmasa da, ruhən və mənən bizimlədir, yetirmələri onunla fəxr edir və öyünürlər.

Afad Qurbanovun şəxsiyyətində qayğı və tələbkarlıq vəhdət təşkil edirdi. APİ-nin rektoru və filologiya fakültəsinin dekanı olduğu çağlarda yüksək işgüzarlığı və təşkilatçılıq bacarığı çoxları tərəfindən bu gün də səmimi etiraf edilir. Zahirən rəsmi və ciddi insan təsiri bağışlasa da, əslində, çox diqqətli və söhbətcil idi. Kifayət qədər həssaslığı onun bütöv və kamil şəxsiyyət olmasından soraq verirdi. A.Qurbanov elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı gənc kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayırdı. O, elmi biliyini həmişə gənc alim və

Himalay QASIMOV,

ADPU-nun Azərbaycan və dünya

ədəbiyyatı tarixi kafedrasının müdiri,

filologiya elmləri doktoru, professor

GÖRKƏMLİ DİLÇİ, ƏSL PEDAQOQ

Professor Afad Qurbanovu ilk dəfə 1961-ci il iyul ayının sonlarında görmüşəm. APİ-nin tarix-filologiya fakültəsinə daxil olmaq üçün sənədlərimi imtahan komissiyasına təqdim etmişdim. Bizə dedilər ki, 414-cü auditoriyada ixtisas fənlərindən imtahanqabağı hazırlıq məşğələləri keçiriləcək, arzu edənlər iştirak edə bilər. İlk dəfə rastlaşdığım gənclərin toplaşdığı auditoriyada bir qələbəlik var idi. Otaqda qayğılı anlar çox da uzun sürmədi, qapı açıldı, içəri gənc, yaraşıqlı və gülümsər çöhrəli bir müəllim daxil oldu və bizimlə çox səmimi salamlaşdı. O, 2 saat ərzində «Müasir Azərbaycan dili» fənnindən bizə kifayət qədər bilgi verdi. Biz çox xoş təəssüratla məşğələni başa vurduq, ali məktəb müəlliminin elmi erudisiyasının iqtidarına inam və etiqadımızın təməli o zaman hələ namizədlik dissertasiyası müdafiə etməyə macal tapmayan Afad Qurbanovun şəxsində belə qoyuldu.

Professor A.Qurbanov APİ-nin tarix-filologiya, sonra isə uzun müddət tarix fakültəsinin dekanı olmuş dosent Həmzə Qasımzadə ilə çox yaxın dost olmuşlar. Onlar bir müddət tarix-filologiya fakültəsinə birlikdə rəhbərlik etmişlər. O vaxt Həmzə müəllim institutun rektoru professor Ş.Ağayevə məhz A.Qurbanovla birgə işləmək istədiyini bildirmişdi. Ş.Ağayev onun bu istəyini, sonradan isə filologiya fakültəsini tarixdən ayıraraq A.Qurbanovun rəhbərliyi ilə fəaliyyət göstərməsi arzusunu da yerinə yetirmişdi. Həmzə müəllim gənc və perspektivli A.Qurbanovun möhtəşəm tarixi və yaşarı ənənəsi olan filologiya fakültəsi üçün nə qədər faydalı olacağını bilərək o vaxt belə bir təşəbbüs göstərmişdi.

Professor A.Qurbanovla H.Qasımzadənin dostluğu 70-ci illərin sonlarına qədər – yəni o, dünyasını dəyişdiyi çağadək çox sıx şəkildə davam etmişdi. A.Qurbanovun filologiya fakültəsinin dekanı olduğu dövrdə – 1974-cü ildə müəllim keçmişəm. Səsvermədən sonra mən onun elmi rəhbərim, kafedra müdiri, son dərəcə xeyirxah insan akademik Feyzulla Qasımzadəni necə böyük sevinclə təbrik etməsindən xeyli qürur duydum. Yaxşı yadımdadır, 70-ci illərin əvvəllərində professor A.Qurbanov Azərbaycan ədəbiyyatı tarixi kafedrasına gələr, dərin ehtiram bəslədiyi professor Feyzulla Qasımzadə ilə mehriban söhbət edər və söhbət əsnasında elmi rəhbərimdən dissertasiya işimin nə yerdə olduğunu soruşardı.

Afad Qurbanovun şəxsiyyətində qayğı və tələbkarlıq vəhdət təşkil edirdi. APİ-nin rektoru və filologiya fakültəsinin dekanı olduğu çağlarda yüksək işgüzarlığı və təşkilatçılıq bacarığı çoxları tərəfindən bu gün də səmimi etiraf edilir. Zahirən rəsmi və ciddi insan təsiri bağışlasa da, əslində, çox diqqətli və söhbətcil idi. Kifayət qədər həssaslığı onun bütöv və kamil şəxsiyyət olmasından soraq verirdi. A.Qurbanov elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı gənc kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayırdı. O, elmi biliyini həmişə gənc alim və aspirantlarla bölüşür, əlindən gələn köməyi əsirgəmirdi. Böyük zəhmətkeşliyi, özünə və yetirmələrinə qarşı hədsiz tələbkarlığı da onu başqalarından fərqləndirirdi.

Afad Qurbanovun elmi araşdırmaları, heç şübhəsiz, dönə-dönə öyrəniləcək, şəxsiyyəti yad ediləcək, əməl və qayəsi minnətdarlıqla anılacaq və təqdir olunacaq. Afad müəllim bu gün cismən aramızda olmasa da, ruhən və mənən bizimlədir, yetirmələri onunla fəxr edir və öyünürlər.

aspirantlarla bölüşür, əlindən gələn köməyi əsirgəmirdi. Böyük zəhmətkeşliyi, özünə və yetirmələrinə qarşı hədsiz tələbkarlığı da onu başqalarından fərqləndirirdi.